AZ

İstirahətdə vəfat edən bəstəkarla bağlı TƏFƏRRÜAT: "Sudurqası tutub, suya yıxılı..."

Əməkdar artist Vasif Məhərrəmli bir neçə gün əvvəl Türkiyədə istirahətdə olarkən vəfat edən bəstəkar Ruslan Əhmədoğlunun ölümündən danışıb.

"Cebheinfo.az" xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində onun dənizə yıxılaraq vəfat etdiyini bildirib:

"Ruslanın ölümü faciəli oldu. Ayın 3-də gecə səfərə gedirdi, danışdıq. Dedi ki, bilet almışam, 4 gecəlik Antalyada ən gözəl otelə gedirəm. Uşağı ilə dənizdə olub. Telefon otaqda qaldığı üçün həyat yoldaşı onu götürməyə edib. Deyirdi ki, sudurğam var. Birdən tutub və ağzıüstə suya yıxılıb. Uşaq da elə bilib atası zarafat edir. Amma su dərin olmayıb, dayaz imiş".

"Cebheinfo.az" 

Seçilən
7
3
cebheinfo.az

4Mənbələr