Bakı. Trend:
Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi magistral avtomobilyolunun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinintikintisi davam etdirilir.
Trendxəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyi məlumat yayıb.
Bildirilib ki, keçidin eni 5 metr, hündürlüyü isə 3,2 metrdir.Ümumi uzunluğu 47 metr olan keçidin 37 metrlik hissəsi qapalışəkildə layihələndirilib.
"Sözügedən keçidin inşası, vətəndaşların avtomobil yolunu daharahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək. Tikinti işləri“İnşaat Norma və Qaydaları”na uyğun olaraq, əvvəlcədən tərtibedilmiş iş qrafikinə əsasən həyata keçirilir.
İşlərin vaxtında və keyfiyyətlə tamamlanması məqsədilə əraziyəzəruri sayda texnika və canlı qüvvə cəlb olunub", - deyə əlavəedilib.