AZ

Çin yeni unikal raket mühərriki buraxıb | VİDEO

AzVision.az “Militarist” Telegram-kanalına istinadən xəbər verir ki, yayımlanan video-materialda səmadakı təyyarənin bir an ərzində uçuş trayektoriyasını 180 dərəcə dəyişdirməsi göstərilir. Çin mühərriki saatda 20 min kilometrə qədər maksimum sürətə çata bilər.


Qeyd edək ki, may ayında Çinin “Jiu Tian” dron daşıyıcısının iyunun sonuna qədər ilk sınaq uçuşunun həyata keçirilə biləcəyi açıqlanmışdı.

7000 kilometrə qədər məsafəni qət edən “Jiu Tian” 100 kiçik dron daşıya bilir. İlk uçuş bir sıra sınaqların başlanğıcı olacaq, bundan sonra “Jiu Tian” Cinin Xalq Azadlıq Ordusunun Hərbi Hava qüvvələrində (HHQ) xidmətə qəbul olunacaq.

İlk dəfə keçən ilin noyabr ayında Çin Hava Sərgisində nümayiş etdirilən “Jiu Tian” 6 tona qədər yük daşıya və 15 kilometr yüksəkliyə uça bilən reaktiv mühərrikli drondur. Pilotsuz təyyarənin qanadlarının uzunluğu 25 metrdir ki, bu da ona əksər orta mənzilli hava hücumundan müdafiə (HHM) sistemlərinin əhatə dairəsi üzərində uçmağa imkan verir.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
12
2
azvision.az

3Mənbələr