AZ

Köçəryan Simonyanı yenə məhkəməyə verdi

Yeniavaz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Ermənistan parlamentinin spikeri Alen Simonyanı ikinci dəfə məhkəməyə verib.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə “Datalex.am” məhkəmə informasiya portalı məlumat yayıb.

İddia ərizəsində Köçəryan “Telegram” kanalında dərc etdiyi bəyanatlara görə, Simonyanın ictimai şəkildə üzr istəməsini, həmçinin, bu bəyanatları təkzib etməsini tələb edir.

Köçəryanın sözlərinə görə, yayılan məlumatlar yalan və əsassızdır, onun şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirir.

O israr edir ki, Simonyan həm “Telegram”da, həm də “Facebook” səhifəsində üzrxahlıq və təkzib yazsın. İddia təmin edilərsə, spiker aşağıdakı mətni dərc etməli olacaq:

“Əvvəllər mən keçmiş prezident Robert Köçəryanın şərəf və ləyaqətini ləkələmək məqsədi ilə onun ünvanına təhqiramiz ifadələr işlətmişdim. Buna görə təəssüflənirəm və üzr istəyirəm”.

Qeyd edək ki, iyunun 14-də Köçəryan Baş nazir Nikol Paşinyan və spiker Alen Simonyana qarşı analoji iddia qaldıraraq, ictimai şəkildə üzr istəməsini və mənəvi zərərin ödənilməsini tələb edib. O, təzminat kimi Paşinyandan 6 milyon dram (təxminən 15 min dollar), Simonyandan isə 9 milyon dram (təxminən 22 min 500 dollar) tələb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
yeniavaz.com

3Mənbələr