AZ

Mərkəzi Bank Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün təlim keçirdi

BAKI, 11 iyul. TELEQRAF

Mərkəzi Bank maliyyə və bankçılıq sahəsində məlumatlılığın artırılması məqsədilə media nümayəndələrinin peşəkar inkişafının dəstəklənməsini davam etdirir. Bu istiqamətdə Milli Mətbuat Günü münasibətilə “Mərkəzi Bankın pul siyasəti, proqnozlaşdırma və onların kommunikasiyası” mövzusunda təlim təşkil olunub.

Təlim zamanı pul siyasətinin mahiyyəti və qiymət sabitliyinin əhəmiyyəti diqqətə çatdırılıb. Mərkəzi Bankın pul siyasətinin yeni əməliyyat çərçivəsi, pul siyasəti alətləri, təhlil və proqnozlaşdırma prosesi və digər mövzular müzakirə olunub. Təlimdə pul siyasətinin ictimaiyyətə effektiv çatdırılması üsulları da əhatə olunub və media nümayəndələrinin mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb.

Mərkəzi Bankın nümayəndələri milli mətbuatın yaradılmasının 150-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib.

Görüşün sonunda xatirə fotosu çəkilib.

Seçilən
16
2
teleqraf.com

3Mənbələr