Most Traveled People (MTP) səyyahlar qrupunun tərkibində 30 nəfərlik nümayəndə heyəti Kəlbəcərə gəlib.
Trend xəbər verir ki, onlar burada yenidənqurma və bərpa işləri ilə tanış olurlar.
Səfər İstisu və Laçın şəhəri ilə davam edəcək.
Qeyd edək ki, Beynəlxalq Səyyahlar Klubu (MTP) tərkibində 30 nəfərlik nümayəndə heyəti Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşa şəhərinə gəlib. Üç gün ərzində 15 ölkədən olan səyyahlardan ibarət qrup aşağıdakı marşrut üzrə hərəkət etməyi planlaşdırır: Füzuli - Xocavənd - Şuşa - Xankəndi - Xocalı - Ağdam - Kəlbəcər - Laçın - Zəngilan - Cəbrayıl.
Səfərin məqsədi azad edilmiş ərazilərlə tanış olmaq, həmçinin "qara turizm" (dark tourism) çərçivəsində aparılan genişmiqyaslı bərpa işlərini nümayiş etdirməkdir. Qeyd edək ki, son dörd il ərzində Qarabağ və Şərqi Zəngəzuru dünyanın ən iri turizm klublarının xətti ilə beynəlxalq səyyahlar 13 dəfə ziyarət ediblər.