AZ

BMMT-nin yeni Baş katibi qlobal fəlakətlərə reaksiya verməklə bağlı çağırış edib- VİDEO

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) yeni Baş katibi Ərgüc Kələntərli Fələstində yaşanan humanitar böhrana və ümumilikdə qlobal fəlakətlərə münasibətdə dünya birliyinin kollektiv cavabının yetərsiz olduğunu bildirib.

APA xəbər verir ki, o, bu barədə Bakıda keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Assambleyasının 3-cü Fövqəladə Sessiyasında çıxışı zamanı deyib.

Ərgüc Kələntərli çıxışında xüsusilə Fələstində baş verən humanitar böhranı vurğulayıb:

“Mən Fələstində – üzv dövlətlərimizdən birində – baş verən ürək ağrıdan vəziyyəti qeyd etmək istəyirəm. Hazırda Qəzzada ağlasığmaz miqyasda humanitar fəlakətin şahidi oluruq. Yemək, su, dərman, sığınacaq – bunlar artıq sadəcə əsas hüquqlar deyil. Onlar həyat xətləridir. Və bu həyat xətləri barmaqlarımızın arasından sürüşür”.

Baş katib çıxışında fəlakətlərə qlobal yanaşmanın zəifliyinə də toxunub. Onun sözlərinə görə, istər təbii, istər texnogen fəlakətlər qarşısında dözümlülük daha çox resurs və koordinasiya tələb edir:

“İndi qarşılaşdığımız fəlakətlər daha tez-tez, daha mürəkkəb və bir-biri ilə daha sıx bağlı şəkildə baş verir. İqlim dəyişikliyi, pandemiyalar, sənaye qəzaları və kütləvi yerdəyişmələr – bunlar artıq ayrı-ayrı hadisələr deyil”.

Ərgüc Kələntərli qeyd edib ki, mövcud sistemlər bu çağırışlara adekvat reaksiya verə bilmir:

“Sərhədlər və sistemlər arasında həyəcan siqnalları var. Hər il minlərlə insan həyatını itirir, yüz minlərlə ailə evsiz qalır, milyardlarla dəyərində infrastruktur məhv edilir. Təəssüf ki, cavabımız çox zaman yavaş, parçalanmış və gec olur”.

O, çıxışının sonunda qlobal fəlakətlərə vahid və çevik cavab mexanizmlərinin vacibliyini vurğulayıb və bu istiqamətdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının potensial roluna diqqət çəkib:

“Ona görə də bir daha soruşuram: bizim kollektiv cavabımız nədir? Mümkün cavablardan biri güclü Beynəlxalq Mülki Müdafiə Təşkilatında ola bilər”.

Seçilən
8
2
apa.az

3Mənbələr