AZ

Sülh müqaviləsi bu tarixdə imzalanacaq: Ona qədər Paşinyan hansı işi sona çatdırmalıdır?

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündən sonra “sülh müqaviləsi nə vaxt imzalanacaq” sualı gündəmə gəlib.

Ulusal.az xəbər verir ki, hər iki ölkənin siyasi kuluarlarında gedən söhbətlərdən belə qənaət əldə edilir ki, sülh müqaviləsi ilin sonunda – dekabr ayında imzalanacaq.

Azərbaycan tərəfindən hər hansı bir problem yoxdur. Amma Ermənistanın görməli olacağı xeyli iş var. İlk növbədə Paşinyan revanşistləri tam zərərsizləşdirməlidir. Ermənistanda sülh müqaviləsinin bağlanmasına etiraz edən qüvvələr – kilsə, Rusiyaya bağlı qruplaşmalar var.

Paşinyan artıq bu prosesə başlayıb. Gözlənilir ki, xalq arşında sosial bazası olmayan bu qüvvələrin tam zərərsizləşdirilməsi 3-4 aya yekunlaşacaq. Bundan sonra isə sülh müqaviləsi imzalanacaq.

Sülh müqaviləsinin imzalanacağı vaxt dekabr seçilsə də, hansı ölkədə imzalanacağı hələ dəqiqləşdirilməyib.Publika.az

Seçilən
16
1
moderator.az

2Mənbələr