AZ

Tramp Kanadaya 35 faiz rüsum tətbiq edib

ABŞ prezidenti Donald Tramp avqustun 1-dən etibarən Kanadadan idxal edilən bütün mallara 35 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.

“Kanada Birləşmiş Ştatlarla işləmək əvəzinə öz tarifləri ilə cavab verdi. 2025-ci il avqustun 1-dən etibarən biz bütün sənaye tariflərindən ayrı olaraq, ABŞ-a göndərilən Kanada mallarına 35 faizlik tarif tətbiq edəcəyik”, deyə Tramp “Truth Social”da yazıb.

NBC News xatırladıb ki, əvvəllər Donald Trampın prezidentlik dövründə bağladığı ABŞ-Meksika-Kanada ticarət müqaviləsi ilə əhatə olunmayan Kanada idxalı 25 faizlik tariflərə tabe idi. Kanadadan enerji idxalına 10 faiz tarif tətbiq edilirdi.

Xatırladaq ki, iyunun sonunda Donald Tramp iyunun 30-da qüvvəyə minməli olan rəqəmsal xidmətlər vergisi ilə bağlı Kanada ilə bütün ticarət danışıqlarının başa çatdığını elan edib. Buna cavab olaraq, Kanada müəyyən növ polad idxalına kvota və kvotadan çox olan həcmlərə 50 faiz əlavə vergi tətbiq edib. Kanadanın maliyyə naziri vurğulayıb ki, bu tədbirlər yerli sənayeni “ədalətsiz Amerika tariflərindən” qorumaq məqsədi daşıyır.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr