AZ

... Əks halda xərcləri artıracaq

ABŞ Prezidenti Donald Trampın mis idxalına tətbiq etmək istədiyi 50 faizlik gömrük rüsumlarının yarımfabrikat məhsulları da əhatə etməsi gözlənilir. Lakin “BMI Research” ekspertləri bu tarifin geri çəkilə biləcəyini bildirir.

Vaxt.az xəbər verir ki, “Bloomberg”ə danışan mənbələrə görə, misə qoyulacaq rüsumlara dair planlara məftil, lövhə, boru kimi yarımfabrikat məhsulların da daxil edilməsi nəzərdə tutulur. Mənbələr hazırda bu planların yekunlaşdırılmadığını və dəyişikliklərin mümkün olduğunu vurğulayıblar.

Tramp administrasiyası bu tarif planını, ABŞ-da mis tədarük zəncirini – mədənçilikdən təmizlənmə, emal, təkrar istehsal və hazır məhsul istehsalına qədər – gücləndirmək məqsədilə gündəmə gətirib.

Lakin “Fitch Group”a bağlı olan “BMI Research” analitikləri bildirirlər ki, planlanan vergi ABŞ iqtisadiyyatının geniş sahələrində xərcləri artıracaq və daxili istehsalda rəqabət gücünü zəiflədəcək. Bu baxımdan, ABŞ rəhbərliyinin tarifdən geri addım atma ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, mis elektrik, avtomobil, tikinti və hərbi sahələr də daxil olmaqla bir çox sektorda geniş istifadə olunur. Analitiklər Trampın bundan əvvəl də bir neçə dəfə tarif qərarlarından geri çəkildiyini xatırladır.

Seçilən
19
vaxt.az

1Mənbələr