AZ

Hadisənin makyajsız görüntüsü gündəm oldu FOTO

Lent az saytına istinadən ain.az xəbər verir.

Türk pop musiqisinin ən güclü simalarından biri olan Hadisə, son dövrlərdə yalnız səhnə performansı ilə deyil, həm də tez-tez dəyişən görünüşü və şəxsi həyatı ilə medianın diqqət mərkəzindədir. İllərdir sarı saçlarla tanınan sənətçi, bir neçə həftə əvvəl səhnəyə qara pariklə çıxaraq pərəstişkarlarını təəccübləndirmişdi. Yeni imici ilə diqqət çəkən Hadisə bu dəfə isə tamamilə təbii görünüşü ilə ön plana çıxıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, İstanbulun ən prestijli konsert məkanlarından biri olan Harbiye Cemil Topuzlu açıq hava teatrında minlərlə pərəstişkarı ilə görüşəcək sənətçi, konsertə hazırlıq məşqlərini izləyiciləri ilə bölüşüb.

Hadisənin makiyajsız və təbii halı sosial mediada izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Qısa zamanda minlərlə insan videonu bəyənərək Hadisənin səmimiliyinə və təbiiliyinə heyran olduqlarını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
lent.az

1Mənbələr