AZ

Kəpəz Sabah dan ayrılan milli üzvünə təklif göndərib

ain.az, sport24.az saytına istinadən bildirir.

"Sabah"la yolları ayıran Namik Ələsgərov bir neə klubun maraq dairəsində olsa da, hələ ki, qərarını verməyib. Sport24.az-a daxil olan bilgiyə əsasən onun xidmətində ən çox maraqlı olan "Kəpəz"dir.

Gəncə klubunun baş məşqçisi Adil Şükürov Ələsgərovu düşərgədə görmək istəsə də,  futbolçu başqa təklifləri gözdən keçirir. Mənbəmizin sözlərinə görə, 30 yaşlı hücumameyilli yarımmüdafiəçi Gəncə təmsilçisinin istəyinə cavab verməyə tələsmir. Tərəflər arasında maliyyə məsələsində fikir ayrılığı var.

Qeyd edək ki, Ələsgərov karyerası ərzində "Sabah"la yanaşı, "Neftçi", "Qarabağ", "Kəpəz", "Bursaspor" kimi komandaların formasını geyinib.   

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
sport24.az

2Mənbələr