AZ

Qlobal bank ABŞ dollarının riskli aktivə çevrildiyini bildirib

Son həftələrdə  ABŞ dollarının volatilliyinin azalmasına baxmayaraq, "Goldman Sachs" investisiya bankının analitikləri valyutanın yenidən daha “riskli” aktiv kimi ticarətə başlaya bilməsinin bir çox səbəblərini görürlər.

MArjaa xəbər verir ki, Bankın analitikləri Karen Reichgott Fishman və Lexi Kanter artan siyasi qeyri-sabitlik, habelə ticarət tarifləri, ABŞ-da vergi dəyişiklikləri və Federal Ehtiyat Sisteminin müstəqilliyi ilə bağlı narahatlıqlar kimi potensial riskləri vurğulayırlar.

ABŞ prezidenti Donald Trampın ticarət müharibələri ilə bağlı təhdidləri nəticəsində dolların bu il kəskin ucuzlaşması dolların “təhlükəsiz sığınacaq aktivi” statusunu itirməsi ilə bağlı spekulyasiyaları gücləndirib. Goldman analitikləri belə bir ssenari proqnozlaşdırmasalar da, valyuta qısa müddətdə qeyri-sabit qala bilər.

Ekspertlərin fikrincə, 2025-ci ilin “ən təəccüblü” tendensiyalarından biri dolların ABŞ səhmləri ilə bərabər ucuzlaşma meylinin artması olub. Bu il belə dinamika əvvəlki 10 illə müqayisədə iki dəfədən çox müşahidə olunub.

Seçilən
14
marja.az

1Mənbələr