AZ

Tramp Kanadaya 35% ticarət tarifi tətbiq edəcək

ABŞ prezidenti Donald Trump  Kanadaya qarşı ticarət tariflərini artıracağını açıqlayıb.


Manset.az Reuters-ə istinadən xəbər verir ki, o, gələn ay ABŞ-nin Kanadadan edilən idxal üzərində 35% tarif tətbiq edəcəyini və digər ticarət tərəfdaşlarına isə ümumi 15% və ya 20% tariflər qoyulacağını bildirib.

Trump, öz sosial media platformasında yayımladığı məlumatda Kanadanın Baş naziri Mark Carney'ə bu yeni tarifin avqustun 1-dən etibarən qüvvəyə minəcəyini və əgər Kanada bu addıma qarşı cavab tədbirləri görərsə, tarifin daha da artacağını qeyd edib.

Seçilən
17
manset.az

1Mənbələr