AZ

Rusiyadan Mingəçevirə qayıdıb anasını döydüyü şəxsi bıçaqladı AĞIR CƏZA

Pravda.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İmran Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 6 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, 02 avqust 2024-cü il tarixdə, saat 23 radələrində Mingəçevir şəhəri, Nizami küçəsində qeydə alınıb.

Belə ki, İmran Yusifov sözügedən küçədə piyada hərəkətdə olarkən tanışı, zərərçəkmiş Akif Quliyevlə (adı, soyadı şərtidir) təsadüfən rastlaşıb. O, zərərçəkmişin qohumları və tanışları ilə birlikdə əvvəllər aralarında olan borc məsələsinə görə anasını döydüyünü bəhanə gətirərək, Akifə yaxınlaşıb. Sonra İmran qəfil olaraq əynindəki şalvarının bel hissəsində gəzdirdiyi bıçağı çıxarıb, zərərçəkmiş şəxsin qarın və döş qəfəsini nahiyəsinə ardıcıl 2 zərbə endirərək, onun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurub.

Hadisədən sonra İmran Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

O, məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, 2023-cü ildə Bakı şəhərində yaşayan zaman valideynləri onlara məxsus olan və Yevlax rayonunun Hürüuşağı kəndində yerləşən fərdi yaşayış evini 15 000 manat pulun müqabilində satıblar. Bundan sonra o, işləmək üçün Rusiya Federasiyasına gedib. Həmin ərəfədə anası evi sataraq əldə etdiyi puldan təxminən 6-7 min manatı borc qismində rəfiqəsinə verib. Sonradan anası həmin şəxsdən pulunu qaytarmasını tələb etsə də, sonuncu borcu qaytarmayıb və bu səbəbdən onlar arasında narazılıq yaranıb. Rusiyada olarkən həmin şəxsin kürəkəni olan Akif Quliyev, onun atası və digər qohumu yaşadıqları binanın qarşısına gəlib anasını döyüblər. Bu haqda eşitdikdən sonra Rusiyadan Mingəçevir şəhərinə gəlib. Bundan sonra anası ona dəfələrlə baş vermiş hadisə ilə bağlı həmin şəxslərlə mübahisə etməməsini tapşırıb. Lakin o, zərərçəkmiş şəxsi və qohumlarının anasını döyməsinin səbəblərinə aydınlıq gətirmək niyyətində olsa da, Akifi tapa bilməyib. Hadisə günü isə İmran küçədə təsadüfən Akiflə qarşılaşdığını və onu bıçaqladığını söyləyib.

Kamal Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
pravda.az

2Mənbələr