AZ

Bu ölkədə qarışqalar superkoloniyalar yaradır

Tapinoma maqnum növündən olan qarışqalar Böyük Britaniyada aktiv şəkildə yayılmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Nəşrin məlumatına görə, bu həşəratlar artıq ölkənin kənd rayonlarına daxil olublar, lakin onların zərərverici potensialı hələ tam şəkildə üzə çıxmayıb.

Qeyd edilib ki, havaların isti keçməsi səbəbindən qarışqalar daha sıx məskunlaşan ərazilərə yayıla və bu, ciddi problemlərə səbəb ola bilər.

İyunun əvvəlində Britaniya Zərərvericilərlə Mübarizə Assosiasiyası Böyük Britaniyada "super qarışqa" adlandırılan Tapinoma maqnumun işğalı riski barədə xəbərdarlıq edib.

Bu növün vətəni Aralıq dənizinin qərbi və Şimali Afrikadır. İlk dəfə rəsmi olaraq 2009-cu ildə Almaniyanın Reynland-Pfalz bölgəsində qeydə alınıb.

Seçilən
14
publika.az

1Mənbələr