AZ

Qohumunu güllələyərək öldürən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən Sərvan Hacıyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsnin hökmü ilə S.Hacıyev 11 il azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

Qeyd: Bərdə Rayon Polis Şöbəsinə ötən il yanvarın 22-də Lənbəran kəndi ərazisində kənd sakini S.Hacıyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi və qohumu İsrafil Hüseynova xəsarət yetirməsi barədə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xəstəxanaya yerləşdirilmiş İ.Hüseynov ölüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayətin aləti olan “Adler Arms” markalı ov tüfəngi götürülüb.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

Tarix: 11 İyul 2025, 08:52   
Seçilən
7
2
pravda.az

10Mənbələr