AZ

KİV: Hindistanda “Boeing” qəzasının təhqiqatı pilotun səhvini üzə çıxarıb

Amerikalı mütəxəssislər tərəfindən aparılan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat hələlik avadanlıqlarda hər hansı problem aşkarlamayıb, əksinə, pilot xətasını göstərir.

“İki sahil” xəbər verir ki, bu barədə "Wall Street Journal" ABŞ-dəki rəsmi mənbələrə istinadən yazıb.

Bundan əvvəl “Economic Times” araşdırma ilə tanış olan mənbələrə istinadən xəbər verib ki, Hindistan qəzaya uğramış təyyarədən iki registratoru deşifrə və analiz üçün ABŞ-yə göndərəcək. İstintaqda ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası da iştirak edir.

"Tədqiqatın ilkin nəticələri göstərir ki, təyyarənin iki mühərrikinə yanacaq tədarükünü idarə edən açarlar söndürülüb və bu, havaya qalxdıqdan qısa müddət sonra dartma itkisinə səbəb olub", - mənbələr “Wall Street Journal”a bildiriblər.

Açarlar pilotlar tərəfindən mühərrikləri işə salmaq və dayandırmaq üçün istifadə olunur.

Seçilən
20
5
ikisahil.az

10Mənbələr