AZ

Makronun arvadının qəribə davranışının səbəbi nə imiş? - Bəlli oldu

Fransanın birinci xanımı Bricit Makron bu həftə həyat yoldaşı, Prezident Emmanuel Makronun Böyük Britaniyaya dövlət səfəri zamanı qeyri-adi dərəcədə sakit və təmkinli davranışı ilə diqqət çəkib.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, 72 yaşlı Bricit Makronun bu davranışının səbəbi isə bacısını itirməsi olub.

Makron cütlüyü Britaniyada rəsmi qarşılamada iştirak edərkən, prezidentin təyyarədən enərkən həyat yoldaşına yardım üçün əlini uzatması və Bricitin isə bu jestə az qala duyğusuz reaksiya verməsi kameraların obyektivindən yayınmayıb.

Cütlüyə yaxın mənbənin məlumatına görə xanım Makron hazırda böyük itki ilə üz-üzədir - onun bacısı Anne-Mari Tronye ötən həftə vəfat edib.

Bricit Makronun Amiensdə dünyasını dəyişən bacısı, onun həyatında xüsusi yerə sahib olub. Bu, Bricitin ikinci bacı itkisidir - o, 27 yaşında ikən digər bacısı Maryvonne Tronye avtomobil qəzasında itirib.

Seçilən
22
3
manset.az

5Mənbələr