AZ

Kabus ovunun sonu? Rusiyada qızıl dişləri olan cəsəd onillik sirri aça bilər

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Orenburq vilayətində bir müddət əvvəl baş verən hadisə müasir Rusiyanın ən səs-küylü cinayət işlərindən birinə nöqtə qoya bilər. Akkermanovka qəsəbəsindəki Plotino gölü yaxınlığında naməlum bir kişinin meyiti tapılıb. Onun görünüşü uzun illərdir axtarışda olan və "Orsk manyakı" kimi tanınan silsilə qatil Valeri Andreyevə heyrətamiz dərəcədə bənzəyir.

Oxu.Az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Mənbəyə görə, tapılan şəxsin üzərindəki xarakterik əlamətlər Andreyevlə üst-üstə düşür. Meyit tünd rəngli şalvar və üzərində "kolleksiya 99 mejdunarodnıx iqr" yazılmış mayka geyinmiş vəziyyətdə olub.

Lakin ən diqqətçəkən cəhət - meyitin bütün dişlərinin qızıldan olmasıdır. Bu xüsusiyyət Valeri Andreyevin hüquq-mühafizə orqanları tərəfindən yayılan axtarış bülletenlərində əsas fərqləndirici əlamət kimi göstərilirdi.

Ölənin fotorobotu ictimaiyyətə təqdim edildikdən sonra yerli sakinlər onun axtarışda olan manyaka çox bənzədiyini bildiriblər.

Hazırda 68 yaşında olduğu güman edilən Valeri Andreyev 2012-ci ildən bəri federal axtarışdadır. O, 2006-2012-ci illərdə Orenburq vilayətində bir neçə qadını oğurlayıb, zorlayıb və qətlə yetirməkdə ittiham olunur. Andreyev həmin dövrdə Orsk şəhərində uzaq məsafələrə yük maşını sürücüsü kimi çalışıb və Rusiyada "yeni Çikatilo" ləqəbi ilə tanınıb.

2012-ci ildə 18 yaşlı Olqa Juravlyovanın itkin düşməsindən sonra Andreyev saxlanılmışdı, lakin yetərli sübut olmadığından azadlığa buraxılmışdı. Onun yük maşınının kabinəsində çoxlu sayda kontraseptiv vasitə, qadın alt paltarı, saç sancağı və digər şübhəli əşyalar aşkarlanmışdı. Dindirilməyə çağırılsa da, o, polisə getməyərək yoxa çıxmışdı.

Valeri Andreyev uzun müddət Rusiyanın ən çox axtarılan cinayətkarları siyahısında yer alıb, onun axtarışı ilə İnterpol da məşğul olub. Rusiya Daxili İşlər Nazirliyi isə onun tutulmasına kömək edəcək məlumat üçün bir milyon rubl (təxminən 22 min manat) mükafat vəd etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
oxu.az

1Mənbələr