AZ

Pentaqon pilotsuz uçuş aparatları sahəsində Rusiya və Çini geridə qoymaq niyyətindədir

ABŞ Müdafiə naziri Pit Heqset pilotsuz uçuş aparatlarının istehsalını və yerləşdirilməsini sürətləndirmək göstərişi verib.

APA xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Nazir innovasiyaların qarşısını alan bir sıra bürokratik məhdudiyyətləri ləğv edib və daha çevik yanaşmanın tətbiqinə göstəriş verib.

Məqsəd bu sahədə Rusiya və Çini qabaqlamaqdır.

Heqset ümid edir ki, Birləşmiş Ştatlar 2027-ci ilin sonunadək bu sahədə liderliyə yüksələcək.

Seçilən
20
1
apa.az

4Mənbələr