AZ

“Özümüzü tapa bilmədik, üçüncü qolu buraxmaq biabırçılıq idi”

“Real Madrid”in baş məşqçisi Xabi Alonso komandasının klublararası dünya çempionatının yarımfinalında PSJ-yə məğlubiyyətini (0:4) şərh edib.

Sportinfo.az bu barədə “Marca”ya istinadən xəbər verir.

“PSJ zamanla qurulmuş komandadır və biz əslində yeni başlayırıq. Meydanda özümüzü tapa bilmədik.

Fasiləyə qədər üçüncü qolu buraxmaq biabırçılıq idi. Əla formada olan rəqibə qarşı oynadıq, onlar çox yüksək səviyyədədir.

Biz də çox şeyləri inkişaf etdirməliyik, inkişaf etmək üçün də özümüzü tənqid etməliyik”, - deyə ispan mütəxəssis bildirib.

Seçilən
15
sportinfo.az

1Mənbələr