AZ

“Sabah”ın Konfrans Liqasında potensial rəqibləri ilk oyuna çıxdı

BAKI, 11 iyul. TELEQRAF

Azərbaycanın “Sabah” klubunun UEFA Konfrans Liqasında (KL) potensial rəqibləri qarşılaşıb.

Teleqaraf xəbər verir ki, KL-in I təsnifat mərhələsinin ilk gürüşündə Maltada “Birkirkara” Moldovanın “Petrokub” klubunu 1:0 hesabı ilə məğlub edib.

Oyunda yeganə qolu 54-cü dəqiqədə Ceffri Açimponq vurub. Cavab oyunu iyulun 17-də keçiriləcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündə “Sabah” Bakıda Sloveniyanın “Tsele” klubuna 2:3 hesabı ilə uduzaraq, mərhələ adlamaq şanslarını çətinə salıb. “Sabah” turu keçə bilməsə, KL-in II təsnifat mərhələsində “Birkirkara” – “Petrokub” cütünün qalibi ilə qarşılaşacaq.

Seçilən
13
2
teleqraf.com

3Mənbələr