Enayat mütəmadi olaraq 120 biogöstəricini ölçən qan analizləri etdirir. Bu analizlər sayəsində bədənindəki problemləri əvvəlcədən aşkarlayaraq ona uyğun qidalanma və əlavə preparatlar qəbul edir. Məsələn, son testlərində bağırsaqlarda “sızma” aşkarlandığı üçün süd məhsullarını rasionundan çıxarıb.Fiziki və zehni balans
Həftənin ortasında idmana vaxt ayırır: güc məşqləri, boks və yürüşlərlə aktiv qalır. Eyni zamanda stressi azaltmaq üçün meditasiya və soyuq terapiya tətbiq edir – hətta həftədə bir neçə dəfə buzlu suya başını salmaq kimi metodlardan da istifadə edir.Axşam: 1000 kalori və təbii qidalar
Enayatın gün ərzində əsas qidalanması axşam baş tutur. Tabağının əksəriyyəti tərəvəzlərdən ibarət olur. Qırmızı ətə həftədə yalnız bir dəfə yer verir. Zeytun yağı, zerdeçal kimi antiinflamatuar tərkibli məhsullar yeməklərində ön plandadır.Keyfiyyətli yuxuya önəm verir
Gecə saat 22:30-da yatmağa üstünlük verən Dr. Enayat, telefonu yataq otağından uzaq tutmaq, otağı sərin saxlamaq və gecə 2 saat dərin yuxu almağın uzunömürlülük üçün vacib olduğunu bildirir.
Ona görə uzun ömür yalnız genetikaya deyil, şüurlu seçimlərə, stressin idarəsinə və bədənin verdiyi siqnalları düzgün anlamağa bağlıdır.