AZ

Həşəratları uzaq tutmağın TƏBİİ YOLU

Mətbəxdə paxla bitkilərin  (düyü, mərci, bulqur və s.) həşəratlanmasının qarşısını almaq asandır. Bunun üçün təbii üsullar yetərlidir.

News24.az xəbər verir ki, əvvəlcə saxlama qablarının təmizliyinə diqqət edilməli, sodalı və ya sirkəli su ilə silinməlidir. Paxla bitkiləri  quru və sərin yerdə, hava keçirməyən şüşə qabda saxlanmalıdır.

Yeni alınan məhsullar 2-3 gün soyuducuda gözlədildikdə içindəki yumurtalar təsirsiz hala gəlir. Həşəratlara qarşı isə dəfnə yarpağı, istiot dənələri, quru nanə, sarımsaq qabığı və qurudulmuş limon kimi təbii vasitələr təsirli qoruma təmin edir.

Xeyrənsə Piriyeva


Seçilən
166
1
news24.az

2Mənbələr