AZ

İtmiş heyvanlarını axtarmağa getdi, minaya düşdü...VİDEO

İtmiş heyvanlarını axtarmağa gedən şəxs minaya düşüb.

Xezerxeber.az xəbər verir ki, hadisə Ağdərə rayonu Həsənqaya kəndi ərazisində baş verib. Minaya düşən 46 yaşlı Qulu Quluyev əslən Kəlbəcər rayon sakinidir. Yaxınlarının bildirdiklərinə görə, o, uzun müddət imiş ki, Həsənqaya kəndi ərazisində mal-qara saxlamaqla məşğul olurmuş. Qulu Quluyev ötən gün heyvanlarını axtararkən səhvən minalı əraziyə keçib.

Piyada əleyhinə minaya düşən Qulu Quluyevə Tərtər Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdəyə gətirilib və ayağı amputasiya edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
27
xezerxeber.az

1Mənbələr