AZ

Yaponiya nadir torpaqlara çıxışla bağlı Çindən zəmanət istəyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın xarici işlər naziri Takeşi İvaya çinli həmkarı Van Yi ilə keçirdiyi görüşdə yapon şirkətlərinin nadir torpaq elementlərinə çıxışının təmin edilməsinə çağırış edib və Çinin Yaponiyaya yaxın bölgələrdəki hərbi fəaliyyətləri ilə bağlı narahatlığını ifadə edib.

Banco.azxəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, İvaya bu gün Malayziyada keçirilən görüşdə Çinin nadir torpaq elementləri və maqnit ixracına tətbiq etdiyi məhdudiyyətlər, eləcə də Çin hərbi təyyarələrinin Yaponiyanın Özünümüdafiə Qüvvələrinə məxsus təyyarələrə yaxınlaşması ilə bağlı narahatlığını dilə gətirib. Iwaya 45 dəqiqəlik görüş zamanı Çin hökumətini nadir torpaq elementləri və maqnitlər üçün ixrac lisenziyası müraciətlərinin təsdiq prosesini sürətləndirməyə təşviq edib.

Çin Xarici İşlər Nazirliyinin görüşlə bağlı açıqlamasında isə İvayanın toxunduğu bu konkret məsələlərə yer verilməyib. Bunun əvəzində, Van Yi-nin Yaponiyaya qarşı siyasətinin sabit və ardıcıl olduğu bildirilib. Açıqlamada həmçinin iki tərəfin ortaq narahatlıq doğuran mövzular üzrə fikir mübadiləsi apardığı qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
18
1
banco.az

2Mənbələr