AZ

Qəzzada ölənlərin sayı açıqlandı

Son 24 saat ərzində Qəzzada 82 nəfər ölüb, 247 yaralı xəstəxanalara yerləşdirilib.

Teleqraf xəbər verir ki, bu, Fələstin Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

İsrail ordusunun yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozaraq martın 18-dən bu yana başlatdığı hücumlarda 7200 fələstinlinin həyatını itirdiyi, 25615 nəfərin isə yaralandığı bildirilib.

2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 57 min 762, yaralı sayının isə 137 min 656-ya yüksəldiyi bildirilib.
Seçilən
7
2
sherg.az

3Mənbələr