AZ

“Sabah”da kim varsa,hamısını ürəkləndirən SON XƏBƏR!

Bu gün Azərbaycan klubları üçün növbəti avrokubok mövsümü start götürəcək.

Ölkəmizi Avropa Liqasında təmsil edən “Sabah” mübarizəyə II mərhələdən başlayacaq ki, rəqib “Çülye”dir.

Sloveniya təmsilçisinin cütün favoriti sayılması anlaşılandır.

Çelyenin eyniadlı komandası “Sabah”la müqayisədə avrokuboklarda kifayət qədər təcrübəyə sahibdir. Ötən mövsüm Konfrans Liqasının 1 /4 final mərhələsinə qədər irəliləməsi, başa çatan “futbol ili”ndə Sloveniya kubokunu başı üzərinə qaldırması rəqibin gücündən xəbər verir.

Ancaq bir məqam var ki, təmsilçimiz bundan maksimum yararlanmalıdır.

“Çelye” səfər komandası deyil!

Uzağa boylanmağa gərək yoxdur. “Sarı-göylər”in təkcə ötən mövsüm Konfrans Liqasındakı nəticələrinə göz gəzdirsək, ümumi mənzərə aydın olacaq.

“Sabah”ın rəqibi 2024/25 mövsümündə təsnifat, əsas və pley-off mərhələlərində 10 dəfə səfərdə oynayıb. Bunların 7-də məğlub olub, 1-də heç-heçə qeydə alınıb, yalnız 2 matçda qələbəyə sevinib.

Flora (Estoniya) – Çelye - 0:5

Slovan Bratislava (Slovakiya) – Çelye 5:0

Şemrok Rovers (İrlandiya) – 3:1

Pünik (Ermənistan) – Çelye – 1:0

Vitoriya (Portuqaliya) – Çelye 3:1

Real Betis (İspaniya) – Çelye 2:1

Pafos (Kipr) – Çelye- 2:0

APOEL (Kipr) – Çelye – 0:2

Luqano (İsveçrə) – Çelye – 5:4

Fiorentina (İtaliya) – Çelye – 2:2

Statistikadan da göründüyü kimi, Sloveniya təmsilçisi yaxın keçmişdə yad meydanında “Pünik”, “Pafos”, “Şemrok Rovers” kimi komandalarla matçları məğlub başa vurub.

“Sabah”ın həmin kollektivlərdən zəif olmadığını nəzərə alsaq, bu axşam stadiona toplaşan azarkeşləri qələbəylə sevindirmək mümkündür. Rəqibdən çəkinməmək, sona qədər mübarizə aparmaq və ələ düşən imkanlardan yararlanmaq lazımdır.

“Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
26
sportinfo.az

1Mənbələr