AZ

MİQ imtahanının nəticələrindən narazı qalanların NƏZƏRİNƏ! 

İyulun 3-4 və 8-10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 65 min 572 namizəd dəvət edilib.

 

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Modern.az-a bildirilib ki, ümumilikdə test imtahanı mərhələsi üzrə 82,7 faiz davamiyyət qeydə alınıb.

 

İyulun 10-da təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna iyulun 11-i saat 12:00-dan etibarən başlanılacaq. Bu barədə ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək.

 

Müsabiqənin növbəti mərhələsi barədə yaxın günlərdə məlumat veriləcək.

Seçilən
30
6
modern.az

7Mənbələr