ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bu gün yenə kitab günü idi. bp Azərbaycan şirkətinin dəstəyi ilə nəşr olunmuş iki kitabın tanıtımı bu dəfə Bakı Kitab Mərkəzində baş tutdu.
Kitablardan biri ötən əsrin əvvəlində nəşr olunmuş "Dirilik" dərgisinin transliterasiyası idi. Bu, çox nəcib işdir, əlbəttə. Amma ilk deyil. ADA universiteti ötən əsrin əvvlində nəşr olunmuş "Azərbaycan" qəzetini əskiəlifbadan indikinə keçirərək - tranliterasiya edərək, 20 cilddə nəşrini həyata keçirir. Artıq 13 cild buraxılıb. "İşıq", "Fyüzat", "Molla Nəsrəddin" və sair dərgilər də artıq tranliterasiya olunub. Bu haqda məlumat verildi. Bu dəfə isə Mili İrsi Mədəni Tarixi Araşdırmalar Fondu "Dirilik" dərgisini transliterasiya edib və kitab şəklində bp Azərbaycan şirkətinin dəstəyi ilə çap etdirib. Yüksək keyfiyyətdə, nəfis tərtibatla.
Təqdim olunan ikinci kitab isə tanınmış jurnalist, publisist, araşdırmaçı Müsəllim Həsənovun "Neftimizin Avropaya uzun yolu" kitabıdır. Müəllif bu kitabı mətbu mənbələr, tarixi sənədlər əsasında yazıb. Bu kitaba da bp Azərbaycan dəstək verib.
Müsəllim Həsənov kitab haqqında geniş məlumat verdi, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasının hansı tarixi mərhələlərdən, hansı çətin yollardan keçdiyini bu kitabda geniş və dolğun əks etdirdiyini söylədi.
Təqdimat mərasimində bp Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, tarix elmləri doktoru, professor, keçmiş baş nazir, keçmiş xarici işlər naziri Həsən Həsənov, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir, Milli Məclisin deputatı Ceyhun Məmmədov, akademik Nizami Cəfərov çıxış etdilər. Təqdimatı bp Azərbaycan şirkətinin mətbuat katibi Tamam Bayatlı aparırdı.
Şirkət nümayəndəsi belə layihələrin gələcəkdə də davam edəcəyini söylədi.
S. Əhmədli,
Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.