AZ

İzmirdə Məzun Günü

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ikinci qəbul ili buraxılışlarının Məzun günü tədbirləri İzmirdə, Ege Universitetində keçirilib.

ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında məzunları, ailələrini və dörd il boyunca tələbələrin formalaşmasında xüsusi rolu olan müəllimləri təbrik edərək, layihənin ölkənin kənd təsərrüfatı istiqamətində əhəmiyyətini vurğulayıb.

Tədbirdə Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərov çıxış edərək məzunları təbrik edib, həmçinin dövlət nəzarətində olan bu proqramın uğurla davam etdiyini və tələbələrin yüksək ixtisaslı kadr kimi formalaşmalarında rolunu qeyd ediblər.

Ali akademik göstəricilərinə görə Ege Universiteti Kənd təsərrüfatı fakültəsinin birincisi Nigar Bayramova, ikincisi Əli Məmmədov və üçüncüsü Tamara Heydərova olub. Dərəcəyə girən hər üç məzun ADAU rektoru Zəfər Qurbanov tərəfindən fəxri fərmanla təltif edilib. Həmçinin, fakültə birincisi Nigar Bayramovanın adı fakültənin fəxri kötüyünə həkk olunub.

Tədbir təntənəli konsert proqramı və atəşfəşanlıqla yekunlaşıb.

Hamlet QasımovXQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
2
xalqqazeti.az

3Mənbələr