AZ

Yola baxmadan keçən yaşlı qadın az qala maşının altında qalacaqdı ANBAAN VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Mehdiabad-Pirşağı yolunda qayda pozan piyada anbaan görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, qadın piyada yük dolu arabayla yolu təyin olunmamış yerdən keçib. Yola baxmadan keçən piyada yaxınlaşmaqda olan sürücüyə təhlükəli anlar yaşadıb. Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü qadını vaxtında görərək anidən sola manevr edib və baş verəcək qəzanın qarşısını alıb.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
avtosfer.az

1Mənbələr