ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Samuxda yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qədili kəndində baş verib. Kənd sakininə məxsus ot bağlamasında anidən yanğın olub. Alov qısa müddətdə yaxınlıqdakı yardımçı tikiliyə keçib. Dərhal əraziyə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.
İkinci yanğın hadisəsi isə rayonun Çobanabdallı kəndinə qeydə alınıb. Belə ki, kənd sakininin həyatyani sahəsində olan ot bağlamasında yanğın başlayıb.Əraziyə yanğınsöndürən briqadalar cəlb edilib. Yanğın zamanı 1000 ədəd ot bağlaması yanıb.
Yanğın söndürülüb, əraziyə yaxın olan tikililər mühafizə edilib. Hər iki yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
Tural Əhmədov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.