AZ

SABAH qrupları ancaq Qarabağ Universitetində tədris olunacaq? 

Son günlərdə SABAH qruplarının həm magistr, həm də bakalavr üzrə qəbul prosesinin dayandırıldığı və sadəcə Qarabağ Universitetdə oxuyan tələbələrin bu proqrama qəbul olunmasının nəzərdə tutulduğu ilə bağlı iddialar səsləndirilir. Bunun da əsas səbəbi kimi SABAH qrupları üçün həm bakalavr, həm də magistr səviyyəsi üzrə qəbul yerlərinin elan edilməməsi əsas gətirilir.

Modern.az mövzu ilə bağlı SABAH qruplarının ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, sözügedən iddialar həqiqəti əks etdirmir. 

"Mövzu ilə bağlı ictimaiyyətə yaxın günlərdə məlumat veriləcək" - deyə qurumdan bildirilib. 

Seçilən
10
2
modern.az

3Mənbələr