AZ

Yunus Oğuz çoxtərəfli yaradıcı şəxsiyyətdir

- Yunus Oğuzun doğum gününün ömrünü həsr etdiyi milli mətbuatımızın yarandığı günə təsadüf etməsi əlamətdar hadisədir. Bəlkə də taleyin bir qismətidir ki, Yunus Oğuz məhz 22 iyul - Milli Mətbuat Günündə dünyaya gəlib. Yunus Oğuz peşəkar mətbuat adamıdır. Onun rəhbərlik etdiyi və Azərbaycan media məkanında öz mövqeyi və fərqli dəst-xətti olan "Olaylar" qəzeti və eyni adlı informasiya agentliyi mövzu rəngarəngliyi, oxunaqlı araşdırmaları, geniş marağa və diqqətə səbəb olan təhlil və şərhləri ilə ciddi irəliləyişə nail olub, maarifləndirmə baxımdan böyük uğurlara imza atıb. Bu baxımdan öz xüsusi mövqeyi, işi və dəst-xətti ilə fərqlənən "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyi Azərbaycan cəmiyyətində tanınan, ictimai rəydə qəbul olunan kütləvi informasiya vasitələrindəndir. Azərbaycan dövlətinə, xalqımızın maraqlarına xidmət və vətənpərvərlik nümunəsi Yunus Oğuzun həyat fəaliyyətinin ana xəttini təşkil edir.
Yunus Oğuz çoxtərəfli yaradıcı şəxsiyyətdir. Azərbaycan ədəbiyyatında öz yeri, dəst-xətti olan Yunus Oğuz bir-birindən maraqlı tarixi romanları ilə geniş oxucu auditoriyasının böyük diqqətini və rəğbətini qazanıb. "Nadir şah", "Təhmasib şah", "Sultan Alp Arslan", "Əmir Teymur", "Atabəy Eldəniz", "Uçurum", "Cığır" kimi tarixi romanlar yazan Y.Oğuz bununla milli romançılıq tariximizdə əhəmiyyətli rol oynayır. Onun bütün əsərlərində türk dünyası, onun mədəniyyəti, tarixi, böyük şəxsiyyətləri, hökmdarları haqqında ümumiləşdirmələr ana xətt kimi özünü büruzə verir. Yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanını xüsusi qeyd etmək istəyirəm. Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanı aktuallığı, gənclər arasında vətənpərvərliyin və tarixi Zəfərimizin təbliğı baxımından mühüm əhəmiyyət kəsb edir. Romanda Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinə gedən yol, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Zəfərimiz oxuculara çatdırılıb. Bu, eləcə də digər əsərləri onun vətənpərvər yaradıcı şəxsiyyət olduğunu təsdiqləyir.
Bu əlamətdar gün münasibətilə Yunus Oğuzu təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr