AZ

Əbu Dabi görüşü normallaşma gündəliyinin ən tarixi görüşlərindən biridir Politoloq

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 iyul, AZƏRTAC

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş tarixi olmaqla yanaşı, həm də region üçün çox mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Əbu-Dabi iki ölkə arasında baş verənlərlə bağlı neytral mövqedədir və Azərbaycan tərəfinin də görüş yeri kimi Birləşmiş Ərəb Əmirliklərini seçməsinin ən əsas səbəblərindən biri budur. BƏƏ görüşdə heç bir tərəf rolunu oynamır, sadəcə, görüş üçün şəraiti və mühiti təmin edir. Danışıqlar da sırf ikitərəfli xarakterlidir və vasitəçiyə ehtiyac yoxdur, problemlərin iki ölkə arasında birbaşa həll olunması ən optimal variantdır. Biz daha əvvəl 30 illik işğal dövründə kənar müdaxilələrin “fəaliyyətinin” və fəaliyyətsizliyinin çox yaxından şahidi olmuşuq. Düşünürəm ki, bu görüş sülh müqaviləsinə gedən yolda önəmli addım və prosesin mühüm həlqəsi kimi dəyərləndirilməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ülviyyə Zülfiqar söyləyib.

O bildirib ki, görüşdə sərhədin delimitasiyası prosesi ilə bağlı əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar verilib. Bu da regionun kommunikasiya xəttlərinin açılması və münasibətlərin normallaşdırılması baxımından böyük əhəmiyyət daşıyan məqamdır. Bütün bunlar bir daha göstərir ki, Bakı ilə İrəvan arasında real və praqmatik dialoq üçün yeni imkanlar yaranıb. Ermənistan tərəfi bu imkanı yaxşı dəyərləndirməli, regionda öz işğalçılıq siyasəti ucbatından bu günə kimi yaşadığı blokadadan çıxmaq üçün və ölkəsinin rifahı naminə sülh prosesinə sadiq qalmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
azertag.az

2Mənbələr