AZ

Türkiyəli tanınmış müğənni vəfat etdi - FOTO

Türk musiqisinin və səhnə sənətinin unudulmaz simalarından biri olan Rüçhan Çamay 94 yaşında dünyasını dəyişib.

Gundem.az xəbər verir ki, xəbəri sənətçinin qızı, tanınmış müğənni Melike Demirağ sosial media hesabında paylaşıb.

O, paylaşımında anasına olan sevgisini bu sözlərlə ifadə edib: "Anam, yoldaşım... Sənsiz çox çətin olacaq" .

Səsi və səhnə performansı ilə uzun illər musiqi və kino aləminə töhfələr verən Rüçhan Çamay xüsusilə "Para Para Para", "Gönlüm Çok Zengin" və "Ne Haber" mahnıları ilə tanınırdı.

Seçilən
29
6
gundem.az

10Mənbələr