AZ

Ötən gün bir sıra odlu silahlar aşkar edilərək götürüldü

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 qumbara, 2 alışdırıcı, 8 tüfəng, 29 patron darağı və 880 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
avtosfer.az

10Mənbələr