Avropa İttifaqı artıq Ukraynaya təxminən 165 milyard avro ayırıb.
AFN.az xəbər verir ki, bunu bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib. Onun sözlərinə görə, 2025-ci ildən etibarən Brüsseldən maliyyələşmə Kiyevin büdcə xərclərinin 84 faizini ödəyəcək.
O, Romada Ukrayna üzrə donor konfransında çıxışı zamanı bildirib ki, Brüssel Ukraynanı ciddi formada öz himayəsinə götürəcək.