Səhiyyə Nazirliyinin psixi xəstələrlə bağlı statistikasında qeyd olunub ki, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna olmaqla) sayı 8 376 nəfər olub. Onlardan 6 219-u kişi, 2 157-si isə qadındır.
Maraqlıdır, psixi xəstələr arasında kişilərin üstünlük təşkil etməsinin səbəbi nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Tariyel Faziloğlu psixi xəstələrin daha çox kişi olmasının səbəbini maraqlı fikirlə səsləndirib. O, deyib ki, kişilərin hamısını "dəli" edən qadınlar var:
" Münasibətlərdə qadınların beyin quruluşu mümkün qədər geniş aspektə baxdığı halda, kişilərdə qavramanın bəlli qısıtlamaları var. Kişi informasiyanı tək mərkəzdən, qadın isə 5 beyindən alır, emal edir. Belə olduqda arada böyük fərq yaranır. Qadın həmişə münaqişələrdə kişini susdurur. Kişi çox vaxt haqlı olsa da, haqsız vəziyyətə düşür. O özü haqlı olduğunu bilir, amma özünü sübut edə bilmədiyi üçün ağır psixi gərginlik yaşayır. Bu da zamanla bəlli yorulmalara, sinir qırılmalarına, sonda isə qalıcı psixi pozuntulara səbəb olur”.
Psixoloq deyir ki, bu məsələnin ikinci səbəbi isə sosial statusdur:
"Bütün sosial statuslarda məsuliyyət kişilərə yüklənir. Ancaq yenə də onlar daha çox ictimai təzyiqə məruz qalırlar. Ən ağır şiddət psixoloji olandır. Bütün kişilər psixoloji şiddətə məruz qalırlar. Bu da onlarda psixi pozuntulara meyilliliyi artırır".
Tariyel Faziloğlu pensiya alanların daha çox qadınlar olmasını da nümunə göstərib:
“Bu göstərir ki, kişilər həm psixoloji təzyiqə məruz qalırlar, həm də çox yaşamırlar”.
Nəzrin Mirzəyeva, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta