AZ

"Karvan" qapıçısı ilə yeni müqavilə imzaladı

style='margin-bottom:10px;'>

2025-2026 mövsümündə Misli Premyer Liqasında çıxış edəcək "Karvan"da yeni müqavilə qeydə alınıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kamran İbrahimovla yeni sözləşmə imzalanıb.

26 yaşlı qapıçının müqaviləsi 1 illikdir.

Qeyd edək ki, bu yay Eltun Turabov və Süleyman Əhmədovu heyətinə cəlb edən "Karvan" Emil Qasımov, Ezekiel Morqan, Bəhruz Teymurov,  İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşhavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipour və Beqzod Xulikulovla yolları ayırıb.

Seçilən
26
teleqraf.com

1Mənbələr