Bakı. Trend:
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdisahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 31,2milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə1,9 faiz az sənaye məhsulu istehsal edilib.
Trend DövlətStatistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektorundaməhsul istehsalı 3,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,3faiz artıb.
Sənaye məhsulunun 61,8 faizi mədənçıxarma sektorunda, 31,6 faiziemal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə sutəchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalolunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,3 faiz azalmış,əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 95,2 faiz, ağacınemalı və ağacdan məmulatların istehsalı 89,8 faiz, toxuculuqsənayesi məhsullarının istehsalı 29,7 faiz, qida məhsullarınınistehsalı 12,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,7faiz, tütün məmulatlarının istehsalı 6,7 faiz, rezin və plastikkütlə məmulatlarının istehsalı 4,4 faiz, maşın və avadanlıqlarınistehsalı 3,5 faiz, içkilərin istehsalı 2,4 faiz artıb, elektrikavadanlıqlarının istehsalı 0,7 faiz, neft məhsullarının istehsalı1,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,3faiz, mebel istehsalı 3,1 faiz, hazır metal məmulatlarınınistehsalı 3,6 faiz, tikinti materiallarının istehsalı 5,9 faiz,avtomobil, qoşqu və yarımqoşquların istehsalı 9,5 faiz,metallurgiya sənayesi məhsullarının istehsalı 12,4 faiz, kompüter,elektron və optik məhsulların istehsalı 15,7 faiz, maşın vəavadanlıqların quraşdırılması və təmiri işləri 17,8 faiz, kağız vəkarton istehsalı 23,2 faiz, poliqrafiya məhsullarının istehsalı27,1 faiz, geyim istehsalı isə 41,7 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi vətəchizatı sektorunda istehsalın həcmi 2,2 faiz, su təchizatı,tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,8 faizartıb.