AZ

Lerikdə yeni yol tikintisi başlayıb

ain.az, Dogru.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Lerik rayonunun Hamarmeşə–Bibiyani avtomobil yolunda yenidənqurma işlərinə start verilib.

Doğru.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, layihə mindən çox sakinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 5,2 kilometr olan yol əvvəllər çınqıl örtüklü idi və xüsusilə payız-qış aylarında hərəkət üçün ciddi çətinliklər yaradırdı.

Hazırda yolun eni 10 metrədək genişləndirilir və 4-cü, 5-ci texniki dərəcələrə uyğun şəkildə yenidən qurulur. Torpaq işləri, qazma, əks-dolğu və yol yatağının tikintisi üzrə işlər texnoloji ardıcıllıqla davam etdirilir.

Layihə çərçivəsində mövcud dəmir-beton boruların bərpası və yeni suötürücü boruların quraşdırılması həyata keçirilir. Yolun birinci kilometrində yeni körpü tikilir, ehtiyac olan hissələrdə isə istinad divarları inşa olunur.

İşlərin yekun mərhələsində isə yol-cizgi xətləri və göstərici nişanlarının çəkilməsi nəzərdə tutulur.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
dogru.az

1Mənbələr