AZ

Messi bu qolla futbol tarixinə düşdü: İlk dəfə...

"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-in növbəti turunda "Nyu-İnqlend" komandasına qarşı keçirilən oyunda dubl edib.

Publika.az xəbər verir ki, görüş Mayami təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"365 Scores"un məlumatına görə, 38 yaşlı argentinalı bu matçda karyerasında cərimə zərbələri istisna olmaqla, cərimə meydançasından kənardan vurduğu 100-cü qolunu rəsmiləşdirib. Messi bu göstəriciyə çatan ilk futbolçu olub.

2023-cü ildə "İnter Mayami"yə keçən Messi bu mövsüm bütün turnirlərdə 19 oyunda 15 qol vurub və 6 məhsuldar ötürmə edib.

Seçilən
43
18
publika.az

10Mənbələr