AZ

Kobaxidze Avropa Parlamentini gürcü xalqını şantajda ittiham etdi

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bu yalnız Avropa Parlamentinin rüsvayçı addımı deyil, bütün Avropa bürokratiyası buna görə məsuliyyət daşımalıdır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxdize Avropa Parlamentinin ötən gün Gürcüstanla bağlı qəbul etdiyi qətnaməni jurnalistlərə şərh edərkən deyib.

Onun sözlərinə görə, gürcü xalqının şantaj edilməsi tamamilə utancvericidir:

“Bu, Avropa Parlamentinin səhv etmirəmsə, yeddinci və biabırçı qətnaməsidir. Onlar insanlara işgəncələrin verildiyi, reketçiliyin, telekanalların ələ keçirildiyi, ərazilərin təslim edildiyi Saakaşvili rejimini və kollektiv “Milli hərəkatı” hakimiyyətə qaytarmaq istəyirlər”.

Qeyd edək ki, Avropa Parlamentinin qətnaməsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin dərhal azadlığa buraxılması tələbi də yer alıb. Qeyd edilib ki, onun sağlamlıq durumuna görə məsuliyyəti Gürcüstan hakimiyyəti daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

phrase_var_article.chosen
38
14
sherg.az

10phrase_var_article.sources