Azərbaycan millisi FIFA-nın reytinqində 3 pillə geriləyib. SİA qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 119-cu pillədən 122-yə enib.
Yığma hazırda 1148 xala malikdir.
Qedy edək ki, siyahıya 1885.36 xalla son dünya çempionu Argentina yığması başçılıq edir. İspaniya (1867,09) ikinci, Fransa (1862,03) isə üçüncü pillədə yer alıb.