AZ

Bu kollecə yeni direktor və müavinlər təyin edildi

Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində bir sıra yeni rəhbər təyinatlar həyata keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Bildirilib ki, Hicran Əyyubova kollecin direktoru, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar. 

Hicran Əyyubova 2024-cü ilin mayında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin edilib və son təyinatadək həmin vəzifəni icra edib.

Seçilən
12
21
qafqazinfo.az

10Mənbələr