AZ

“Sabah” “Çelye” önündə favoritdir

ain.az bildirir, Idmanxeber.az portalına istinadən.

“Sabah” bu gün Avropa Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayacaq.

İdmanxeber.az-ın məlumatına görə, Bakı klubu Sloveniyanın “Çelye” komandası ilə üz-üzə gələcək. Görüşdən öncə matçın favoriti açıqlanıb. Bukmeker kontorları “Sabah”ı bugünkü oyunda rəqibindən üstün görüb.

Belə ki, Azərbaycan təmsilçisinin qələbəsinə 2,15, “Çelye”nin qalibiyyətinə 3,42 əmsal təyin edilib. Matçın heç-heçə bitmə ehtimalı isə 3,4 olaraq dəyərləndirilib.

“Bank Respublika Arena”da keçiriləcək matç bu gün saat 20:00-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
idmanxeber.az

2Mənbələr