Kimya fənnindən sertifikasiya imtahanında iştirak edən müəllimlərin narazılıqları ilə bağlı məsələyə aydınlıq gətirilib.
Publika.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə danışıb.
“Biz imtahanlardan sonra testləri təhlil edirik. Bu o demək deyil ki, kimsə bərk qışqırsa, biz ondan qorxacağıq. Aidiyyəti olmayan adamın birdən-birə fəallaşmasını, sertifikasiya imtahanına qarşı çıxmasını anlamıram.